Azərbaycan, Bakı, 06 oktyabr/ Trend /2008-ci ilin üçüncü rübü ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə - təsrərrüfat fəaliyyətinin göstəriciləri 2005 - ci ildə görülmüş işlər üzrə bütün göstəriciləri ötüb, - bazar ertəsi bankın yaydığı məlumatda deyilir. Üçüncü rüb üzrə bankın gəliri 29,230 mln.manat olub. 2007-ci ilin analoji dövrünün məlumatları ilə müqayisədə, gəlir məbləği 10,171 mln.manat və ya 53,4 faiz artıb.
Üçuncü rübdə əldə edilmiş 104,164 mln.manat gəlirdən əməliyyatlar üzrə alınmış faizlərin payına 75,872, fiziki və hüquqi şəxslərə verilmiş kreditlərin payına 64,087 mln.manat, banklarda yerləşdirilmiş vəsaitlər payına isə 4,758 mln.manat düşüb.
Oktyabrın əvvəlində ABB - nin fiziki və hüquqi şəxslərdən cəlb etdiyi vəsaitlərin məbləği 2,385 milyard manat təşkil edib. 2007-ci ilin analoji dövründə bu göstərici 1,618 milyard manata bərabər olub. Ötən il ABB-nin cəlb etdiyi vəsaitlərin həcmi 766,7 mln.manat və ya 47,4 faiz artıb.
Əhalinin əmanətlərinin payına 478,817 mln.manat düşüb ki, bu da ötən ilin oktyabrın əvvəlinə olan göstəriciləri 29,9 faiz ötüb.
Hazırda ABB - nin kredit portfelinin yuvarlaqlaşdırılmış həcmi 2,752 milyard manatdır. Ötən il bu göstərici 1,4 milyard manat olub.
Bankın komisyon və müştərilərə göstərilən xidmətlərdən əldə edilən gəlirləri ildə 21,2 faiz artımla, 28,508 mln.manat təşkil edib.
Üçüncü rüb ərzində ABB-nin xərcləri 74,935 mln.manat olub. Əmanət və depozitlər üzrə ödənilmiş faizlərin payına 30,754 mln.manat düşüb. Ötən il bu 17,9 mln.manat olub.
Ötən illə müqayisədə, bankın aktivləri 79 faiz artaraq, 4,172 milyard manat təşkil edib. Balans kapitalı 81 faiz artıb.
Oktyabrın 6- na rəsmi valyuta məzənnəsi 0,8101 AZN/USD-dır.