...

Aİ ölkələrinin maliyyə nazirləri antiböhran tədbirlərini razılaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Bədəlova/Avropa İttifaqı Şurasının dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılmasına həsr edilmiş Lüksemburqda keçirilən iclasının gedişində Aİ-nin 27 ölkəsinin iqtisadiyyat və maliyyə nazirləri ("Ekofin"qrupu) çərşənbə axşamı antiböhran tədbirlərini razılaşdıracaqlar.

Dünən Avropa qrupu dünya böhranının nəticələrinə qarşı birgə səylər barədə razılığa gəlib. Bu, xüsusilə likvidliyini itirmək asatanasında olan bankların xilas edilməsi üzrə mübarizəyə aiddir.

İclasın yekunları üzrə qrupun daimi sədri, Lüksemburqun Baş naziri Jan-Klod Yunker bəyan edib ki, maliyyə institutlarının dağılmasının mütəmadi xarakter almaması üçün hər şey ediləcək.

Ötən həftə Aİ ölkələri liderlərinin Parisdə keçirilmiş sammitinin gedişində maliyyə böhranına qarşı fəaliyyəti əlaqələndirməklə, hamının öz gücünə mübarizə aparması barədə qərar qəbul edilib. Hökumət rəhbərləri Amerika maliyyə sektorunun xilas edilməsi planının təsdiq edilməsi əvəzinə, kredit problemlərindən ziyan çəkmiş banklara birgə kömək göstərməmək qərarına gəliblər.

"Şənbə günü görüşdə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Avropa Komissiyasının liderləri qərara gəliblər ki, bütün milli hökumətlər razılaşdırılmış cavabı təqdim etməkdənsə, bank sektorundakı problemlərin həlli üçün öz startegiyalarını həyata keçirməlidirlər", - Capital Economics Britaniya Konsaltinq Şirkətinin iqtisadi tədqiqatlar üzrə iqtisadçısı Cenifer Makkeoun (Jennifer McKeown) görüşü şərh edib.  

Çərşənbə axşamı Makkeounun Trend -a elektron poçtla bildirdiyinə görə, Almaniyanın Federal Kansleri Angela Merkel bu qərarı tez qəbul edib. O, bazar günü bəyan edib ki, AFR hökuməti alman banklarındakı bütün şəxsi depozitlərə cavabdehdir.

İqtisadçının sözlərinə görə, konkret plan işlənib hazırlanmasa  və vədlər  daha çox qeyri-müəyyən əminlik kimi səslənsə də, əslində, qərar heç də qəfil olmayıb.

"Bununla belə, aydındır ki, hökumət şəxsi depozitlərin qorunması üçün hərəkət etməyə hazırdır. Bu, ictimaiyyətin bank sektoruna inamını bərpa edə bilər. Lakin bu həm də, özündə zəif artım perspektivini birləşdirən dövlət maliyyə sahəsinin pisləşməsi sayəsində ola bilər", - Makkeoun sözünü tamamlayıb.

Xəbər lenti

Xəbər lenti