Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan paytaxtında Bakı metropoliteninin yeni "Nəsimi"stansiyasının açılışı oktyabrın 9 - da olacaq, - çərşənbə axşamı metropolitendən bildiriblər.
Yeni stansiya Bakının altıncı və doqquzuncu mikrorayonları ərazisində yerləşir.
Bakı metropoliteni İçəri Şəhər stansiyasından Nəriman Nərimanov stansiyasınadək üç aralıq stansiya ilə 1967- ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası (İçəri Şəhər, Sahil, 28 may, Cəfər Cabbarlı, Xətai, Nizami, Elmlər Akademiyası) dərin enişli, Bakmil - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).