...

Finlandiya şirkətləri Azərbaycanın enerji sektorunda maraqlıdırlar - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Finlandiya şirkətləri əsasən enerji sektoru olmaqla Azərbaycan iqtisadiyyatının bütün sahələrində maraqlıdırlar. Bu barədə çərşənbə günü keçirilən Azərbaycan-Finlandiya biznes-forumunda Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen (Paavo Vayrynen) bildirib.

"Fin şirkətləri çoxlu sayda "nou xau"ya malik olduqlarına görə, bu sektora xüsusi maraq göstərirlər", - deyə nazir bildirib.

Onun sözlərinə görə, fin şirkətləri bu sahə ilə yanaşı, Azərbaycan iqtisadiyyatının İT texnologiyaları, səhiyyə sektoru kimi sahələri ilə də maraqlanırlar.

Nazir bildirib ki, bu gün mal dövriyyəsi cüzidir, lakin müəssisələr arasında əlaqələrin qurulmasından sonra onun əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

"Finlandiya hökumətinin planlarına təkcə fin sahibkarlarının Azərbaycana cəlb edilməsi deyil, həm də Azərbaycan sərmayələrinin ölkəmizə cəlb edilməsi daxildir", - deyə nazir bildirib.

Yanvar-iyulda Azərbaycan ilə Finlandiya arasında mal dövriyyəsi təqribən $120 mln. təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti