...

"Bank Respublika"nın aktivləri üçüncü rübün yekunları üzrə 60% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend / "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən etibarən 60% artaraq, 1 oktyabr 2008-ci il tarixinə 405,1 mln. manat olub, - bazar ertəsi bankın yayılmış məlumatında deyilir. Bankın kredit portfelinin həcmi isə bu ilin yanvar-sentyabrı ərzində 75,3% artaraq 279,3 mln. manata çatıb.

Müştərilərin depozitləri hesabat dövründə 32,2% artaraq 147,4 mln. manatı keçib. Əhalinin əmanətlərinin həcmi isə 33,7% artaraq bu ilin 1 oktyabr tarixinə 70,1 mln. manat olub.

"Bank Respublika"nın 2008-ci ilin yanvar-sentyabrı ərzində məcmu kapitalı 84,7% artaraq 43,7 mln. manata çatıb. 1 oktyabr 2008-ci il tarixinə bankın Nizamnamə kapitalı 22,6 mln. manat olub.

"Bank Respublika"nın bu ilin yanvar-sentyabrında gəliri 43,6 mln. manat, xərcləri isə 31,3 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 12,3 mln. manat olub.   

Oktyabrın 13-nə rəsmi məzənnə 0,8099 AZN/USD-dır.

Xəbər lenti

Xəbər lenti