...

G -7 islahatlara ehtiyac duyur ї beynəlxalq ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A.Bədəlova/ Beynəlxalq ekspertlər hesab edirlər ki, "Böyük yeddilik" qrupu yeni üzvlərin cəlb edilməsi hesabına genişləndirilməlidir.

Dünya Bankının (DB) prezidenti Robert Zellik bildirib ki, "Böyük yeddilik" (G-7) köhnəlib və artan iqtisadiyyata malik Asiya və Latın Amerikası ölkələrinin daxil ola biləcəyi yeni birlik ilə əvəzlənməlidir. Onun fikrincə, Amerika və Avropa bazarlarının böhranı bu kimi hadisələrin öhdəsindən gələ biləcək daha miqyaslı ittifaqa ehtiyacın olduğunu nümayiş etdirdi.

Ukrayna - Avropa İttifaqı Biznes Şurasının təsisçi direktoru Ceyms Uilsonun (James Wilson) rəyinə görə, dünya iqtisadiyyatının beynəlmiləlləşdirilməsinə dəyişiklikləri nəzərə almaqla, "Böyük yeddiliyin" tərkibini yenidən təşkil etmək lazımdır.

"Qrupun genişləndirilməsi məsələsində söhbət coğrafi əhatədən deyil, iqtisadiyyatı lazımi rəhbərlik və risklərin idarəetmə sisteminə malik ölkələrdən gedir", - deyə bazar ertəsi Trend -a elektron poçt ilə Uilson bildirib.

Onun sözlərinə görə, yüksək idarəetmə standartları, iqtisadiyyat onlara cavab verməyənədək qəbul edilməməlidir.

"Bu, qətiyyən hakimiyyət, siyasət, sənaye və ya coğrafiya ilə bağlı deyil, bu, idarəetmə standartlarının keyfiyyəti və sistemin ağıllı şəkildə müşahidə edilməsi ilə əlaqədardır", - deyə o bildirib.

Ərəb iqtisadi eksperti, Miçiqan Universitetinin Uilliam Devidson İnstitutunun əməkdaşı Riyad əl-Hurinin sözlərinə görə, " Böyük yeddilik" dünyada baş verən iqtisadi vəziyyətlərin öhdəsindən gələ bilmir.

"Təşkilat o dərəcədə zəifləyib ki, onun Asiya və Latın Amerikası ölkələri ilə əməkdaşlığa ehtiyacı var. Onun xüsusilə də neft hasil edən ölkələr, ərəb ölkələri və Azərbaycanla əməkdaşlığa daha çox ehtiyacı var. Bu, hazırkı vəziyyət üçün sərfəli və gərəkli olar", - deyə Trend - a telefonla Huri bildirib.

Onun sözlərinə görə, bu ölkələr iqtisadi və maliyyə cəhətdən G -7 dövlətlərinə nisbətdə daha çox sığortalanıb.

Ərəb eksperti hesab edir ki, yeddiliyin həyata keçirdiyi hazırkı tədbirlər böhranın aradan qaldırılması üçün kifayət etmir.

"Neft ölkələrinin qərb müəssislərinə sərmayə yatırması zəruridir, lakin Qərb bunu qəbuledilməz hesab edir", - deyə Huri bildirib.

Uilsonun rəyinə görə, bu gün Hindistan, Braziliya və Rusiya G -7 ölkələri ilə əməkdaşlıqda uğur əldə edə bilər.

"Mən Braziliya, Hindistan və Rusiyanı G -7- nin tərikbində görmək istəyirəm, lakin yalnız onların ağlabatan sistemlərinin lazımi səviyyədə olacağı təqjdirdə", - deyə o bildirib.

Hurinin rəyinə görə, Çin, Hindistan, ərəb ölkələrindən Səudiyyə Ərəbistanı G -7-nin üzvləri ola bilər.

"Məhz onların iqtisadiyyatı bu gün yeddiliyin iqtisadiyyatından güclüdür", - deyə o əlavə edib.

Uilsonun sözlərinə görə, "Böyük yeddiliyin" tərkibinin dəyişdirilməsi qurumun beynəlmiləlləşdirilməsinə səbəb olacaq. "Bizim kreditləşmənin məhdudlaşdırılmasına səbəb olan iqtisadi böhranı aradan qaldırmaq üçün başqa forumumuz yoxdur. Yeni təkər ixtira etmək əvəzinə, gəlin özümüzdə olanı təkmilləşdirək və yeni beynəlxalq orqan yaratmağa cəhd göstərməyək", - deyə o bildirib.

"Vətəndaşların dünya iqtisadiyyatına etibarını bərpa etmək üçün bizə güclü fəlsəfə və qüdrətli mənəviyyatla silahlanmış yeni iqtisadiyyatın bir neçə biznes - qəhrəmanı lazımdır. İnanılmazdır ki, ABŞ və DB -nin xilas planından sonra, biz hələ də bazarlarda "qısa" satışların şahidi oluruq. Belə praktikanı qadağan edən qanunlar olmalıdır", - deyə Uilson bildirib.

Materialın hazırlanmasında Ülviyyə Sadıqova da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti