...

Rusiya müəssisələrinin yenidən kreditləşməsi banklar üçün mənfi hallara gətirib çıxara bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2008 10:53 (UTC +04:00)
Rusiya müəssisələrinin yenidən kreditləşməsi banklar üçün mənfi hallara gətirib çıxara bilər

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbirlər A.Bədəlova, Y.Ostapenko/Rusiya müəssisələrinin yenidən kreditləşdirilməsi məqsədilə Rusiya Bankından $50 milyard alan və xarici maliyyə institutları qarşısında öhdəlikləri olan "Vneşekonombank", yalnız əhəmiyyətli hesab edilənləri xilas edəcək. Xarici kreditləri yenidən maliyyələşdirmək hüququnu, krediti sentyabrın 25 - dək götürmüş şirkətlər əldə edəcəklər.

"Vneşekonombank"ın rəhbəri Vladimir Dmitriyevin bəyan etdiyinə görə, banka daxil olan 35 korporativ müştərinin və 20 bank strukturunun müraciəti artıq təyin olunmuş məbləği ötüb. Onun sözlərinə görə, hökumət bu məbləği artırmaq fikrində deyil.

Bu həftənin əvvəlində RF-nin Baş naziri Vladimir Putin  "Vneşekonombank"ın xarici borcları ödəmək üçün Rusiya şirkətlərinə kreditlərin ayrılması meyarlarını açıqlayıb. Putinin sözlərinə görə, bu meyarlardan biri borc götürən şirkətin fəaliyyətini Rusiya ərazisində və real sektorda aparması olmalıdır. Bu fəaliyyət RF regionlarının və ya strateji sahələrin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etməlidir. Növbəti meyara əsasən, yalnız Rusiyada sərmayə layihələrinin reallaşdırılmasına və ya aktivlərin alınmasına cəlb edilmiş kreditlər maliyyələşdiriləcək. Yardım sərbəst maliyyələşdirməni cəlb edən və riski dövlətlə bölüşən şirkətlərə göstəriləcək.

Rusiyalı analitiklər bu növ tədbirlərə skeptik yanaşırlar. Rusiyanın aparıcı sərmayə banklarından olan Alfa Bank-ın analitiki Olqa Naydyonovanın fikrincə, belə tədbirlər yalnız psixoloji xarakter daşıyır.

"Bizim haqqında danışdığımız pullar, şirkət və banklara ayrılan hələlik yeganə dəstək - Maliyyə Nazirliyinin depozitləridir. Bu, büdcə tərəfindən bank likvidliyinin dəstəklənməsidir. Qalanlar - hələlik psixoloji tədbirlərdir, yəni bazarda bu pullar yoxdur", - Trend -a telefonla Naydyonova deyib.

Analitik hesab edir ki, bankların yenidən maliyyələşdirilməsinə bu böyük məbləğdə pulların ayrılması valyutanın məzənnəsinə mənfi təsir göstərəcək ki, bu da banklar üçün gələcəkdə mənfi hallara gətirib çıxaracaq. Onun fikrincə, real daxilolmalar göstərilən məbləğdən az olacaq.

"Bu strukturun necə təşkil edilməsi baxımından, pulların tam həcmdə ayrılacağına inam azdır. Burada risk çox böyükdür. Buna görə də mən hesab edirəm ki, bütün bu $50 milyard, əslində, şirkətlərin əlinə düşəcək. Mən hesab edirəm ki, bu pullar çox ehtiyatla ayrılacaq. Onların işləyə biləcəyi yüksək elementə bənzər bir hədd var", - Naydenova bildirib.

Xarici maliyyə institutları qarşısında öhdəliyi olan Rusiya borc götürənlərinin yenidən kreditləşməsinin daha bir şərtinə əsasən, xarici banklarla eyni şərtlər əsasında kreditlərin verilməsi ilə yanaşı, borc götürənlərin idarəetmə orqanlarına "Vneşekonombank"ın nümayəndələrinin daxil edilməsi nəzərdə tutulub. Bu, Rusiya şirkətlərinin gələcəkdə aktivləri dövlətə yatırmağa və onun nümayəndələrini idarəetməyə buraxmağa hazır olması deməkdir.

UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan"YuniKredit Anton"şirkətinin iqtisadçısı Vladimir Osakovskinin sözlərinə görə, dövlət, həqiqətən, nümayəndələrini şirkətlərin tərkibinə daxil etməyi ehtiyatda saxlasa da, o, "Vneşekonombank"ın idarəetməsinə nümayəndələrini daxil etməyi planlaşdırmır. Analitikin sözlərinə görə, aktivlərin girovuna gəldikdə isə, burada tənqidi heç bir şey yoxdur.

"Başqa əmək maliyyələşdirilməsi kimi, aktivləri də yatırtmaq lazım olacaq", - Trend -a telefonla Osakovski bildirib.

Onun sözlərinə görə, maliyyə yardımının göstərilməsinin şərtlərinə əsasən, "Vneşekonombank"xarici maliyyələşmədə istifadə edilmiş aktivləri girov qismində qəbul edə bilər və eləcə də, girovun başqa formalarını nəzərdən keçirə bilər.

"Mümkün girov aktivləri sırasında müəssisələrin səhmləri, hələ ki, göstərilmir", - o qeyd edib.

Osakovski şirkətlərin yenidən maliyyələşdirilməsi üzrə görülən tədbirlərin səmərəliliyindən danışarkən qeyd edib ki, bu vəsaitlər yaxın gələcəkdə irimiqyaslı korporativ defoltların və Rusiyanın strateji aktivlərinin xaricə axmasının qarşısını almaq üçün kifayət edir.

"Bütün mexanizmin əsas funksiyası bundan ibarətdir. Bu funksiyaya yardım proqramı da cavab verir", - Osakovski vurğulayıb. Onun sözlərinə görə, iqtisadiyyatın zəifləməsinin qarşısını almaq üçün bu, kifayət deyil.

Lakin Naydyonovanın fikrincə, tədbirlərin səmərəliliyi beynəlxalq bazarlaradkı vəziyyətdən və maliyyə böhranının inkişafından asılı olacaq.

"Çox güman ki, Rusiya hökuməti tərəfindən monitorinqin keçirilməsi üzrə tədbirlər və daha yüksək səviyyədə addımların atılması lazım olacaq", - Naydenova hesab edir.   

Xəbər lenti

Xəbər lenti