Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ "Azərbaycan və Ukrayna dekabrda Kiyevdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasını keçirəcəklər", - Ukraynaın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının rəhbəri Miroslav Blaşuk cümə günü bildirib. Onun sözlərinə görə, iclasda Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri müzakirə olunacaq. "Hazırda ölkələrimiz arasında mal dövriyyəsinin səviyyəsi üzrə statistik məlumatlar 35 - 40 faiz təşkil edir. Bu göstəricini azaltmaq üçün, ticari - iqtisadi əməliyyatların vahid hesablama metodologiyasının hazırlanması məqsədilə, Ukrayna və Azərbaycanın Statistika Idarələrinin müşavirəsini təşkil etmək istəyirik", - Blaşuk bildirib. 2008 - ci ilin yanvar-avqustunun yekunları üzrə Azərbaycan və Ukrayna arasında qarşılıqlı mal dövriyyəsi 800 mln. dollar təşkil edib, bunun 620 mln. dolları Azərbaycandan ixracın, 180 mln. dolları ölkəyə idxalın payına düşür. |
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]