...

Latın Amerikası ölkələri Özbəkistan istehsalı olan məhsulların idxalında maraqlıdırlar - konsul

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2008 00:07 (UTC +04:00)

Özbəkistan, Daşkənt, 20 oktyabr / Trend müxbir T.Jukov/ Peru İqtisadiyyat və sənaye nazirliyinin təşkilatçılığı ilə özbək-peru palatası yaradılıb. Bu barədə Perunun Özbəkistandakı konsulu Xose Xarsena sənaye-ticarət palatasının görüşündə bildirib.  

Diplomat qeyd edib ki, palata hər iki ölkənin sahibkarlarını yeni məlumatlarla təmin edəcək və əlaqələr quracaq. Hazırda palatada 30 şirkət qeydiyyatdadır.

Görüşdə hər iki ölkədə istehsal olunan məhsulların sərgisinin keçirilməsinə dair təkliflər səslənib.

Tərəflər həm Özbəkistanda, həm də Peruda keçiriləcək tədbirlərin planlaşdırılmasına və bu sahədə məsul olan vəzifəli şəxslərin səfərlərinin təşkilinə qərar veriblər.

Xarsena vurğulayıb ki, Latın Amerikası ölkələri Peru, Argentina, Çili, Braziliya Özbəkistan şirkətlərinin istehsal etdiyi mallarda maraqlıdırlar. Belə ki, ölkələr arasında qarşılıqlı ticarətin inkişafı üçün geniş imkanlar var.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti