...

Gürcü politoloqlar baş nazirin dəyişməsindən sonra hökumətdə cüzi dəyişikliklərin olacağını proqnozlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2008 15:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti baş nazir vəzifəsində siyasi ambissiyaları olmayan şəxsi təyin edəcək, gürcü politoloq Ramaz Sakvarelidze hesab edir.

"Prezident Saakaşvili üçün başlıca vəzifə - baş nazir vəzifəsində siyasi ambissiyaları olmayan və onun tapşırıqlarını yerinə yetirəcək şəxsiyyəti təyin etməkdir", - illərlə Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzenin mətbuat katibi olmuş Sakvarelidze çərşənbə axşamı Trend -a bildirib.

Ekspert hesab edir ki, baş nazir vəzifəsində namizəd kimi adı çəkilən Qriqol Mqaloblişvili iqtisadi məsələlərdə digər namizədlərdən asılı olacağı üçün, Noqaideli və ya Qurgenidze ilə müqayisədə onun müstəqilliyinin səviyyəsi daha aşağı olacaq.

Sakvarelidze, baş nazir Vladimir Qurgenidzenin istefasında dair güman edir ki, onun ölkənin iqtisadi siyasəti ilə bağlı şəxsi mülahizələri yarana bilərdi. Lakin Qurgenidze adi məmur xasiyyətinə malik olduğu üçün prezidentlə münasibətlərini korlamadan vəzifəsini tərk etməyə üstünlük verib.

Politoloq Ramaz Klimiaşvili də öz həmkarı ilə razıdır. "Saakaşvili baş nazir vəzifəsinə cavanlığı, təcrübəsizliyi üzündən onunla rəqabət apara bilməyən və rəqib kimi qəbul edilməyən şəxsi təyin edib", - Klimiaşvili bildirib.

"Yeni baş nazirin üzərinə gücü çatmayan yük qoyublar. Belə ki, ölkədəki siyasəti dəyişməyə çalışan istənilən şəxs Saakaşvilinin qurbanı olacaq və vəzifədən azad ediləcək",  - o hesab edir. Klimiaşvili vurğulayıb ki, Qriqol Mqaloblişvilini tanıyır və əmindir ki, "o, namuslu və mütərəqqi, yüksək dərəcədə vicdanlı olduğu üçün nə isə bir şey etməyə çalışacaq".

Klimiaşvili artıq keçmiş baş nazir Qurgenidzenin Maliyyə Şurasının rəhbəri vəzifəsinə təyin edilməsinə dair bildirib ki, o, əvvəllər baş nazir vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün, çətin ki, maliyyə böhranının nəticələri ilə bacara bilsin.

Politoloq Soso Tsiskarişvili bildirib ki, "Gürcüstanda Qriqol Mqaloblişvili kimi namuslu insanları barmaqla saymaq olar". "Lakin Mqaloblişvilinin təcrübəsiz olması faktını nəzərə alaraq, onun baş nazir vəzifəsinə namizədliyi diqqəti yayındırmaq üçün irəli sürülüb və prezident Saakaşviliyə lazım olduğu vaxtda o, vəzifədən azad ediləcək", - o bildirib.

Onun sözlərinə görə, "bu gənc insanın karyerası prezident Saakaşvilinin maraqlarına qurban verilib". "Qeyd etmək istəyirəm ki, Qriqola təhsil naziri vəzifəsini təklif edirdilər. Lakin o zaman o, imtina edə bildi. Hazırda isə, görünür prezidentin iradəsinə qarşı gedə bilməyib", - Tsiskarişvili qeyd edib.

Bütün ekspertlər hesab edirlər ki, baş nazirin dəyişməsi ilə hökumətdə cüzi dəyişikliklər olacaq.

"Bu, prezidenti dəstəkləyən siyasi komandadır və o, öz nazirlərini qurban verməyəcək", - Tsiskarişvili hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti