Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Babayeva/ İlin əvvəlindən Azərbaycana 1,1 milyon ton buğda gətirilib, - cümə günü ölkənin Kənd Təsərrüfatı Nazirlyindən bildiriblər.
"Buğda Rusiyadan, Qazaxıstandan, Ukraynadan idxal olunub", - nazirlikdən deyiblər.
2008 - ci ildə Azərbaycanda buğda və paxlalı bitki məhsullarının istehsalı, hökumətin də proqnozlaşdırdığı kimi, rekord həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, (qarğıdalı da daxil olmaqla) buğda məhsullarının ümumi həcmi 2,5 mln. tona çatıb ki, bu da 2007-ci ilin göstəricilərini 492 min ton geridə qoyur. Ölkədə buğda məhsullarının əkin sahəsi 894,03 min hektardır.
Hər hektar üçün məhsuldarlıq 27,9 sentner olub ki, bu da ötən illə müqayisədə 0,8 sentner çoxdur.
Ümumi məhsulun 1,7 mln. tonu (68,7 faiz) payızlıq və yazlıq buğdanın payına düşüb.
Azərbaycanda illik buğda tələbatı üç mln. tondur, bunun bir mln. tonu idxal olunur. Azərbaycanın Kənd Təsərrüfatı Nazirlyi yaxın illərdə buğda tələbatını yerli məhsul hesabına tam ödəməyi proqnozlaşdırır.
Nazirlikdən bildiriblər ki, bu gün Azərbaycanda buğda ehtiyatları 1,4 mln. tona çatır.
Məlliflə əlaqə ünvanı: [email protected]