...

Ukrayna ilə Özbəkistan arasında ticarət dövriyyəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2008 14:34 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 24 noyabr / Trend , müxbir T.Jukov/ Doqquz ay ərzində Ukrayna ilə Özbəkistan arasında ticarət dövriyyəsi $1 mlrd. 997,5 mln. olub.

2007-ci ilin analoji göstəricilərilə müqayisədə qarşılıqlı ticarətin həcmi 81,4 faiz artıb, - Ukraynanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Vyaçeslav Poxvalski deyib. Eyni zamanda, Ukraynanın Özbəkistana ixracı $413,4 mln. (2007-ci illə müqayisədə 66,4 faiz çox) təşkil edib. Özbəkistanın Ukraynaya idxal həcmi $1 mlrd. 584,1 mln. (ötən ildən 343 faiz çox) olub.

Ticarət dövriyyəsinin xeyli artmasının səbəbi ilk növbədə təbii qazın satışı ilə bağlıdır. Ukraynaya distillə olunmuş neftin və təbii qaz məhsullarının ixracı Özbəkistan büdcəsinə doqquz ay ərzində $1 mlrd. 392,9 mln. (Ukraynaya ixracın ümumi həcmindən 87,9 faiz) gətirib. Bundan başqa, respublika Ukraynaya yerüstü nəqliyyat vasitələri (Ukraynaya ixrac olunan həcmin 6,3 faizi), polimer məhsulları (2,3 faiz), gübrə - 1,8 faiz, pambıq parçadan olan kəmərlər - 0,6 faiz ixrac edir.

Ukraynanın Özbəkistana ixrac strukturunda 2008-ci ilin doqquz ayı ərzində əsas yerləri bu məhsullar alıb: qara metal və ondan hazırlanan məhsullar - ümumi həcmin 52,8 faizi, maşınlar və qurğular - 26,9 faiz, dərmanlar - 4,4 faiz, plastik kütlə, rezin - 3,5 faiz, nəqliyyat vasitələri və yol qurğuları - 2,2 faiz, aqrarsənaye kompleksi məhsulları, o cümlədən buğda və dəyirman-ding məhsulları - 1,3 faiz.

Özbəkistan ərazisində Ukrayna sərmayələrinin iştirakı ilə 50 müştərək, o cümlədən üç 100 faizli əcnəbi kapitalla çalışan müəssisə fəaliyyət göstərir. Respublikanın Xarici Ticari Əlaqələr, Sərmayələr və Ticarət Nazirliyində on iki Ukrayna firmasının və şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu şirkətlər kənd təsərrüfatı maşınqayırması, qara metallurgiya, dərman preparatları və dərman məhsullarının realizəsi sahəsində çalışırlar.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti