Azərbaycan, Bakı, 30 noyabr / Trend / "Parabank" ASC-nin depozit portfeli 2008-ci ilin 10 ayı ərzində 85,4 faiz artaraq, 34,2 milyon manat səviyyəsinə çatıb. Bu bankın şəmbə günü yaydığı məlumatda bildirilir.
Fiziki şəxslərin bankda yerləşdirilən əmanətlərin həcmi isə 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 2 dəfə artaraq, hesabat dövrünün sonuna 31 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə artım 164,6 faiz olub.
Bankın kredit portfeli son bir ildə 105,5 fazi, 2008-ci ilin 10 ayı ərzində isə 94,7fazi artıb və hesabat dövrünün sonuna 42,3 milyon manat səviyyəsinə çatıb. Yalnız carı ilin oktyabr ayı ərzində bu göstərici üzrə artım səkkiz faiz olub. Hesabat dövrünün sonuna "Parabank" ASC tərəfindən fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 4,7 mln. manat təşkil edib.
"Parabank" ASC-nin aktivləri 2008-ci ilin 10 ayı ərzində 58,8 faiz artaraq, noyabrın 1-dək 65,7 milyon manat səviyyəsinə çatıb. Yalnız oktyabr ayı ərzində bankın aktivləri altı faiz artıb.
Bankın məcmu kapitalının həcmi 1 noyabrda 11,8 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 8,2 milyon manat, o cümlədən faiz gəlirləri 6,6 mln. manat, qeyri-faiz gəlirləri isə 1,6 mln. manat olub.
Noyabrın 1-də bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 1563 ədəd, bank tərəfindən quraşdırılmış bankomatların sayı 9, POS-terminalların sayı isə 133 ədəd olub.
Qeyd edək ki, "Parabank" ASC "Əmanətlərin Sığortalanması Fondu"nun üzvüdür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]