...

Azərbaycanlı məsləhətçilər Oriflame ilə on il əməkdaşlq ərzində təqribən 20 milyon manat qazanıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanlı məsləhətçilər Oriflame ilə on il əməkdaşlq ərzində təqribən 20 mln. manat qazanıblar. Bu barədə cümə axşamı şirkətin Qafqaz ölkələri və Monqolustandakı regional direktoru Yuri Mixayluk bildirib.

Onun sözlərinə görə, şirkət 2008-ci ildə Azərbaycanda satış üzrə rekord vuracaq.

"Biz əvvəllər bu qədər sərmayə yatırmamışıq və indi biz şirkətin ofisini dəyişməyə hazırlaşırıq, - deyə Mixayluk bildirib. - Bu dəyişmə əməkdaşlar üçün şəraitin yaxşılaşdırılması ilə izah olunur. Şirkət 2009-cu il martın 1-dən gec olmamaqla yeni ofisə köçməyi planlaşdırır".

Oriflame - dünyada ən sürətlə artan kommersiya şirkətlərindən biridir. Şirkət dünyanın 59 ölkəsində fəaliyyət göstərir, onlardan 30-u bazarın liderlərindən biridir. Hazırda şirkətin dünyada məsləhətçilərinin sayı 2,6 mln. nəfər, əməkdaşlarının sayı isə təqribən 7 min nəfər təşkil edir. Hər il 250-dən çox yeni çeşid daxil olmaqla təqribən 800 adda məhsul çeşidi təqdim olunur. Şirkət Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Oriflame Stokholm Fond Birjasında təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti