Azərbaycan,Bakı, 26 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0018 bənd möhkəmlənib (0,18 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8043 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 23-də 1 ABŞ dolları üçün 0,8054 manat, minimum məzənnəsi isə yanvarın 19-20-də 1 ABŞ dollarına 0,8036 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
12 yanvar |
0,8026 |
19 yanvar |
0,8036 |
13 yanvar |
0,8029 |
20 yanvar |
0,8036 |
14 yanvar |
0,8037 |
21 yanvar |
0,8045 |
15 yanvar |
0,804 |
22 yanvar |
0,8044 |
16 yanvar |
0,8039 |
23 yanvar |
0,8054 |
Həftə ərzində orta |
0,80342 |
Həftə ərzində orta |
0,8043 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0021 bənd (0,21 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80392 manat səviyyəsində müəyyən olunub.
Göstərilən dövr ərzində dolların manata münasibətdə maksimum məzənnəsi yanvarın 23-də 1 ABŞ dollarına 0,8053 manat, minimum isə yanvarın 19-20-də 1 ABŞ dollarına 0,8032 manat müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 19-da sövdələşmə qeydə alınmayıb və bu səbəbdən gündüz sessiyasının məzənnəsi dəyişilməz qalıb, yanvarın 20-də iş günü olmadığı üçün sövdələşmələr həyata keçirilməyib və bunagörə məzənnə əvvəlki gün qeydə alınan səviyyədə qalıb: yanvarn 21-də 0,8041 AZN/USD məzənnəsi ilə $8,177 mln., yanvarın 22-də 0,8038 AZN/USD məzənnəsi ilə $3,66 mln., yanvarın 23-də 0,8053 AZN/USD məzənnəsi ilə $2,005 mln.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi |
|||
12 yanvar |
0,802 |
19 yanvar |
0,8032 |
13 yanvar |
0,8022 |
20 yanvar |
0,8032 |
14 yanvar |
0,8025 |
21 yanvar |
0,8041 |
15 yanvar |
0,8032 |
22 yanvar |
0,8038 |
16 yanvar |
0,8032 |
23 yanvar |
0,8053 |
Həftə ərzində orta |
0,80262 |
Həftə ərzində orta |
0,80392 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb - 15 manat səviyyəsində. Özəlləşdirmə çeklərinin alışı 14 manat, satışı isə 15 manata həyata keçirilib.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.