Gürcüstan, Tbilisi, 29 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı Dünya Bankının (DB) vitse-prezidenti Şiqeo Katsunun Tbilisiyə səfəri başlayır. DB-nin Gürcüstandakı nümayəndəliyindən Trend -a verilən məlmata görə, onu DB-nin Cənubi Qafqaz üzrə direktoru vəzifəsini icra edən Douset-Koyrollo və onu bu postda əvəzləyən Əsəd Alami müşayiət edir.
Katsu səfər zamanı DB-nin Gürcüstanda maliyyələşdirdiyi, o cümlədən qaçqınlara yardım göstərilməsi üzrə layihələrin həyata keçirilməsi ilə tanış olacaq.
Səfər zamanı Gürcüstanın birinci şəxsləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub. DB-nin Cənubi Qafqaz üzrə yeni direktoru Aləmi Gürcüstan tərəfinə təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, bu ilin yayından DB-nin Cənubi Qafqaz üzrə regional ofisi Tbilisidə açılacaq.