...

Türkmənistan dünya toxuculuq bazarının konyukturasını öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2009 12:23 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 31 yanvar/ Trend , müxbir E.Həsənov/

Türkmənistan dünya toxuculuq bazarının konyukturasını öyrənəcək, fəal şəkildə müasir marketinq üsullarını tətbiq edəcək, daha çevik qiymətəmələgətirmə sistemini aparacaq, - Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında bildirib. Bu barədə şənbə günü türkmən mətbuatı xəbər verib.

Son illərdə Aşqabad toxuculuq sənayesinin inkişafına milyonlarla dollar yatırsa da, sahə zəruri rentabellik səviyyəsinə çatmayıb. Türkmənistanda toxuculuq sənayesi pambığın daxili emalının artım bazasında inkişaf edir. Bu il 1 milyon ton səviyyəsində - ötən ilki səviyyədə pambıq yığılması planlaşdırılır.

"Tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, bununla yanaşı, yerli sahibkarları əməkdaşlığa cəlb etmək lazımdır", - dövlət başçısı bildirib.

Hökumət Toxuculuq Sənayesi Nazirliyinin maliyyə vəziyyəti barədə hesabatı dinləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti