Qırğızıstan, Bişkek, 05 fevral / Trend , müxbir A.Tınayev/
"Biz iki milyard dolları aldığımız zaman taun vaxtı ziyafət təşkil etmək niyyətində deyilik", - bu gün, Moskvada fevralın 3-4-də keçirilmiş, Bişkekə böyük kredit verilməsi haqda qərar qəbul edilmiş danışıqlarda iştirak edən Qırğızıstanın maliyyə naziri Marat Sultanov deyib. Cavab bu vəsaitlərin səmərəli istifadəsi və mühafizəsinin necə təşkil olunacağı haqda suala verilib.
"Kreditin əsas hissəsi (1,7 milyard dollar) Narın çayındakı böyük HES-in tikintisinə yönəldiləcək və onun düzgün istifadəsinə nəzarət iki tərəfdaş - "İnter EES RSC" və "Elektrik stansiyalar" SC-nin üzərində olacaq", - nazir bildirib.
Sərmayələr iki ölkənin bərabərpaylı iştirakı şərtilə verilib və onları məhz "İnter EES RSC" və "Elektrik stansiyalar" SC təmsil edəcək. Qırğızıstan bu səbəbdən dövlət təminatı vermək məcburiyyətindən azad edilib.
Qalan vəsaitlərin istifadəsinə Sultanov belə izah verib: "Biz hələ uzunmüddətli və güzəştli kredit şəklində veriləcək 300 milyon dollar və 150 milyon dollar qrantı hara yönəldəcəyimizə qərar verməmişik. Üstəlik, bu pullar hökümət hesablarına apreldən tez oturmayacaq".
Yüksək vəzifəli məmur əmin edib ki, bu vəsaitlər sosial vacib proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
"İlk dəfədir ki, bizim ölkəmiz bu qədər vəsaiti hazır ünvan xərcləri olmadan alır. Bu o deməkdir ki, Rusiya rəhbərliyi bizə inanır. Ancaq bu bizdə uzun danışıqlara səbəb olub. Söz verirəm ki, bütün vəsaitlər ciddi nəzarət altında olacaq. Özü də təkcə maliyyə nazirliyinin nəzarəti alıtında yox!", - Sultanov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]