...

Dünya böhranı Azersun Holding-in investisiya planlarına təqribən üçdə bir dəfə təsir göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2009 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral/ Trend , müxbir E.İsmayılov/ Azersun Holding şirkətlər qrupunun Azərbaycanda layihələrin reallaşdırılmasına yatırdığı sərmayələr dünya maliyyə böhranı səbəbindən azalıb. Bu barədə Azersun-un baş direktru Abdolbari Qözal bildirib.

"Böhranın təsiri altında xarici bankların maliyyə vəziyyətinin pisləşməsi səbəbindən, sərmayə yatırımları üzrə imkanlarımız azalıb. Çünki şirkət bu məqsədlə onlardan kredit resursları alırdı. Lakin ümumilikdə Azersun-da vəziyyət normaldır və hazırkı böhran investisiya planlarımıza 25-30 faiz təsir göstərib", - deyə Qözal bildirib. 

Onun fikrincə, dünya maliyyə böhranı Azərbaycana təsir göstərməyib, çünki ölkənin Dövlət Neft Fondu kimi ehtiyat fondu var.

"Mən hesab edirəm ki, ümumilikdə bu vəziyyət iki-üç il ərzində normallaşacaq", - deyə holdinq rəhbəri bildirib.

Azersun Holding 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çay, bitki yağlarının qablaşdırılması, ticarət və distribüterlik, tikinti, bank işi, sığorta, eləcə də karton-kağız məmulatları, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması və saxlanılmasından ibarətdir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti