...

Azərbaycan Prezidenti Bakıda yeni beynəlxalq avtovağzalın açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2009 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti Bakıda yeni beynəlxalq avtovağzalın açılışında iştirak edib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir E.İsmayılov/ "Azəbaycan prezidenti İlham Əliyev Bakının şimalında yerləşən yeni avtovağzalın açılışında iştirak edib", - cümə axşamı Nəqliyyat Nazirliyindən deyilib. Hazırda böyük yol qovşağında yerləşən avtovağzalın yerinin dəyişdirilməsinin əsas səbəbi paytaxta gələn və gedən avtomobillərin hərəkətinin yüngülləşdirilməsidir.

"Ölkə başçısı bu gün həmçinin Bakı-Rusiya sərhədində beton yolunun yenidənqurulması layihəsi çərçivəsində iki yol qovşağının açılışında da iştirak edib", - cümə axşamı "Akkord İnshaat-Senaye" (layihənin podratçısı) mühəndis-tikinti şirkətindən xəbər verilib.

Şirkət Bakı-Quba-Rusiya yolunun 11-ci kilometrliyində tunel, 16-cı kilometrliyində körpü tikib.

Bakı-Rusiya sərhədi yolunun 11-ci kilometrliyində Xırdalan dairəsindəki tunelin uzunluğu yaxındakı yollarla birlikdə 700 metr, eni 20 metr, hündürlüyü 5 metr təşkil edir. Bu yol qovşağının əsas funksiyası tranzit nəqliyyatının şimal istiqamətində sərbəst hərəkətinin təmin olunmasıdır.

Bu yolun 16-cı kilometrliyindəki yol qovşağı Xırdalan şəhərlərindən Bakı və Sumqayıt şəhərlərinə hərəkət edən maşınların avtomagistrala çıxışını təmin edəcək. Bu üçaşırımlı yol qovşağının eni 20, uzunluğu 63 metr təşkil edir.

2008-ci ilin mayında "Akkord" Azərbaycan Nəqliyyat Nazirliyinin sifarişi ilə 16-134 kilometr uzunluğundakı Bakı-RF sərhədi beton yolunun yenidənqurma və tikintisinə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti