Аzərbaycan, Bakı, 13 fevral / Trend / Azərbaycanın GSM operatoru Azercell Telecomun tələbələr arasında keçirtdiyi "Təqaüd" proqramının qalibləri müəyyən olunub..
Şirkətdən verilən məlumata əsasən, təhsilini başa vuranadək 11 tələbə hər ay 200 manat miqdarında təqaüd alacaq.
"Təqaüd" proqramı "Gələcək-sənsən" proqramının çərçivəsində Azercell tərəfindən yaradılıb.
Proqramın qalibləri Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Nurəddin Səmədzadə, Anar Quliyev, Vüsal Qasımov, Elmir İsayev, Cümşüd Sultanov, həmçinin Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin tələbələri Fərid Qəttal, Samirə, Qəhrəmanova, Elbəy Əliyev, Aliyə İsayeva, Fuad Məlikov və Samir Musayev olub.
Azercell Telecom gələcəkdə də bu proqramı davam etdirmək niyyətindədir, bundan belə tələbələrin inkişafına imkan yaradılacaq və həmçinin Azərbaycanın professional kadrlarının hazırlanmasına dəstək göstəriləcək.