...

Azərbaycan bankı Bank Respublika ipoteka kreditləşməsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend / Azərbaycan bankı Bank Respublika fərdi ipoteka proqramı çərçivəsində əhalinin ipoteka kreditləşdirilməsini genişləndirir. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Hazırda proqramın şərtlərinə əsasən Bank Respublika əhaliyə ipoteka kreditlərini illik 17%-dən başlayan faiz dərəcəsi ilə 7 ilədək müddətə verir.

Kreditin məbləği 5 mindən 250 min manatadək, lakin alınan mülkiyyətin 60%-dək məbləğində ola bilər. Kreditin ödənişi hər ay bərabər məbləğlə həyata keçirilir. Kredit üzrə aylıq ödəniş kredit götürən şəxsin xalis gəlirinin 50%-dən artıq olmamalıdır.

Bank girov qismində alınan mülkiyyət, həmçinin digər daşınmaz əmlak - mənzil, ev, bağ, qeyri-yaşayış sahəsi, torpaq sahəsini qəbul edir. İpotekaya götürülən mülkiyyət və kredit götürənin həyatı sığortalanmalıdır.

Bank Respublika öz ipoteka proqramını 2007-ci ilin sentyabr ayından etibarən həyata keçirir və bu günə verilən ipoteka kreditlərinin həcminə görə Azərbaycanın aparıcı bankları sırasındadır. Əhaliyə verilmiş ipoteka kreditlərinin ümumi məbləği bu günə qədər 21,4 mln. manat təşkil edib.

Hazırda ipoteka kreditinin alınması üçün sifarişlər Bank Respublika-nın "Azneft" (Bakı, Neftçilər pr. 67), "Neftçilər" (Bakı, Q.Qarayev pr. 61C), "Proqress" (Bakı, Mirəli Qaşqay küç. 71) və "Sumqayıt" (Sumqayıt, 45-ci kvartal, N.Nərimanov küç. 1) filiallarında qəbul olunur.

Kredit götürənin ödəniş qabiliyyətinin müəyyən edilməsi üçün onun gəlirlərini təsdiq edən iş yerindən arayış tələb olunur. Sahibkarlıqla məşğul olan şəxslər ödəniş qabiliyyətinin müəyyən edilməsi üçün gəlir bəyannaməsini təqdim etməlidirlər.

İpoteka kreditləri üzrə daha ətraflı məlumatı www.bankrespublika.az saytından, Banka 144 nömrəsi ilə zəng etməklə və ya Bank Respublika-nın hər hansı bir ofisinə müraciət etməklə almaq olar.

Fevralın 16-a olan rəsmi məzənnə 0,8062 AZN/USD təşkil edir.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti