...

Acarıstan Azərbaycanla iqtisadi-ticari münasibətləri inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.Abdullayeva /

Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Levan Varşalomidze bu gün və sabah Bakıda Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir.

"Səfər çərçivəsində Levan Varşalomidze Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq", - bazar ertəsi Trend -a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Varşalomidze Azərbaycanın prezidenti, baş naziri, iqtisadi inkişaf naziri, mədəniyyət və turizm naziri, eləcə də "Azərbaycan Hava Yolları"nın (AZAL QSC) rəhbərliyi ilə görüşməyi planlaşdırır", - səfirlikdən bildirilib.

Acarıstan hökuməti başçısının səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Muxtar Respublikanın iqtisadi və turizm potensialının təqdimatı da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti