...

"Vahid pəncərə" prinsipi Azərbaycanda qeyri-leqal miqrantlarla bağlı problemi həll edəcək - Trend Capital-ın icmalçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / 

Ellada Xankişiyeva, Trend -ın analitik mərkəzinin direktoru

Ölkəmizdə uğur qazanmış "vahid pəncərə" prinsipi iyulun 1-dən etibarən miqrasiya prosesləri ilə bağlı idarə sferasında da fəaliyyət göstərəcək. Dünən Azərbaycan Prezidenti bu barədə müvafiq qərar imzalayıb.

Ölkəyə effektli miqrasiya siyasətinin gərəkliyi heç kəsdə şübhə doğurmur. Həm də son onillikdə miqrasiya problemi Azərbaycandan ötrü ən ciddi və həyəcanlı problemə çevrilib. Qafqazın ən dinamik ölkəsi olan Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin artmasından asılı olaraq, ölkəmizin əcnəbiləri cəlb etməsi həndəsi silsilə ilə artırdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2008-ci ilin oktyabr ayı üçün rəsmi qeydiyyatda olan miqrantların sayı 2007-ci ilin müvafiq dövrünün 507 nəfəri ilə müqayisədə artaraq 3353 nəfərə çatıb. Azərbaycanda qeydiyyatda olan əcnəbilərin sayının 5,7 dəfə artmasına baxmayaraq onlardan iş fəaliyyəti ilə məşğul olanların sayı 13-15 min nəfər civarındadır ki, bu da iş fəaliyyəti ilə məşğul olmağa icazəsi olanların real sayından dörd-beş dəfə azdır. Müvafiq icazə almaqdan ötrü prosedurlar qəliz olduğundan xarici ölkə vətəndaşları müxtəlif orqanlara müraciət etməkyə məcbur olurlar.

Mitqrasiya proseslərinin idarə olunmasında "vahid pəncərə" prinsipinin tətbiqi ölkəmizə gələn əcnəbilərin qeydiyyat prosedurlarını, onlara yaşayış üçün icazə verilməsini və onların əmək fəaliyyəti ilə bağlı prosedurlarını sadələşdirəcək. Miqrasiya proseslərinin idarə olunmasında "vahid pəncərə" prinsipi üzrə vahid dövlət orqanı səlahiyyətinin icrası AR Dövlət Miqrasiya Komitəsinə həvalə edilib.  

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşayış üçün icazə xahişlərinə dövlət xidməti orqanı tərəfindən 20 gün ərzində baxılacaq.

"Vahid pəncərə" prinsiplərnə müvafiq olaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə əcnəbilərə Azərbaycan daxilində əmək fəaliyyəti ilə bağlı individual icazələrin verilməsinin əlavə olunması nəzərdə tutulur. Bu proseduru Dövlət Miqrasiya Komitəsindən daxil olan sənədlər əsasında nazirlik 7 gün ərzində təmin etməlidir.

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının, beynəlxalq təşkilatların, administrativ-texniki xidməti personala daxil olan şəxslərin, ölkəyə xüsusi missiya ilə təşrif buyuran əcnəbilərin və onların ailə üzvlərinin qeydiyyatı məsələləri Azərbaycanın da üzv olduğu beynəlxalq razılaşmalara əsasən Azərbaycan Xarici İşlər Nazirliyinin səlahiyyətlərində qalacaq.  

Miqrasiya prosesləri idarəsində "vahid pəncərə" prinsipi tətbiq edildikdən sonra Azərbaycanda daimi və ya müvəqqəti yaşayış hüququ almış əcnəbilər Dövlət Miqrasiya Komitəsi tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən müvafiq sənədlər əsasında ölkə kənarına çıxıb və geri qayıda bilərlər.  

Miqrasiya proseslərində "vahid pəncərə" prinsipinin tətbiqində daha bir, heç də az əhəmiyyət kəsb etməyən faktor daxili bazar və tələbatı nəzərə alaraq iqtisadi fəaliyyət sahələri üzrə kvotanın təyin olunmasıdır. Hər bir miqrant qəbul edən ölkələr miqrantların sayının milli iqtisadiyyatla mütənasib olması prinsiplərini əsas götürürlər.  

Miqrasiya proseslərinin idarə olunmasına "vahid pəncərə" prinsipinin tətbiqi Azərbaycanın miqrasiya siyasətində miqrantların qeydə alınmasının şəffaflığını və qeyri-leqal miqrant fəaliyyəti probleminin həllini təmin edəcək. İşçi qüvvəsinin qeyri-leqal miqrasiyası qəliz qanunverici aktlara əmək adamlarının cavab reaksiyasıdır ki, bu da əcnəbi işçi qüvvəsinin axınına səbəb olur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti