...

İran və Azərbaycan arasında yeddi əməkdaşlıq sazişi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 13:51 (UTC +04:00)
İran və Azərbaycan arasında yeddi əməkdaşlıq sazişi imzalanıb

İran və Azərbaycan arasında müxtəlif sahələrdə yeddi əməkdaşlıq sazişi imzalanıb. Sazişlər Azərbaycan prezidenti İlham Əliyevin bu gün İslam Respublikasına başlanan rəsmi səfəri çərçivəsində Tehranda imzalanıb. Bu barədə İran televiziyası məlumat yayıb.

Tərəflərin imzaladığı sazişlər əlavə vergilərin tutulmaması, iqtisadi əməkdaşlıq protokolu, statistika, turuzm, mədəniyyət, poçt və kitabxanalar arasında əməkdaşlıq məsələlərini nəzərdə tutur.

İmzalanma mərasimində Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejad iştirak ediblər.

Azərbaycan prezidenti martın 10-da İrana rəsmi səfər edib.

2008-ci ilin yekunu üzrə Azərbaycan ilə İran arasında mal dövriyyəsi 452,9 mln. dollar təşkil edib. Bu həcmin 355,6 mln.dolları ixracın, 97,2 mln. dolları isə İrandan Azərbaycana mal idxalının payına düşür.

Xəbər lenti

Xəbər lenti