...

Qazaxıstanda maliyyələşmək üçün İslam İnkişaf Bankı prinsiplərinə uyğun qanunverici baza yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 20:12 (UTC +04:00)

Qazaxstan, Astana, 11 mart / Trend , müxbir K.Arınova /

Çərşənbə günü "Qlobal təhlükələr sistemində Avrasiyanın iqtisadi təhlükəsizliyi" mövzusunda II Astana forumunda iştirak etmiş Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Bakıt Sultanovun sözlərinə əsasən, bu gün Qazaıxstanda İslam İnkişaf Bankının (İİB) prinsiplərini tətbiq etməyə imkan verəcək maliyyələşməsi haqqında qanun qəbul olunub.

"Biz bilirik ki, bu dayanıqlı sistemdir və təhlükəsiz yatırım etmək imkanları yaradır. Necə ki, dünya maliyyə böhranının əsas səbəblərindən biri böyük məbləğlərin təyinatı üzrə çatmaması idi. Bu səbəbdən də Qazaxıstanda maliyyə sistemini gücləndirmək üçün maliyyə vasitələrinin genişlənməsi məsələsi aktualdır və bu məsələdə beynəlxalq maliyə institutları, o cümədən İİB bizə yardım edir", - Sultanov deyib.  

Səudiyyə Ərəbistanı ilə birgə layihələrin həyata keçirilməsinə toxunan nazir qeyd edib ki, sözügedən ölkə bizim tərəfdaşımızdır və Səudiyyə Ərəbistanının birbaşa yardımı nəticəsində Astanada bir sıra binalar tikilib. 

"Yaxın zamanlarda Astanaya Səudiyyə Ərəbistanı Kralı Abdulla ibn Əbdüləzizin səfəri gözlənilir. Səfər çərçivəsində bir sıra razılaşmalar imzalanacaq", - Sultanov qeyd edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti