...

USAID Türkmənistana "quş qripi" təhlükəsinin qarşısını almaqda kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 16:27 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 mart / Trend , müxbir H.Həsənov /

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) "Quş qripinin qarşısının dayandırılması" (Stop AI) layihəsi çərçivəsində Türkmənistanın Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri ilə birgə yerli mütəxəssislər üçün seminarlar keçirir. Bu barədə ABŞ-ın Aşqabaddakı səfirliyinin press-relizində bildirilib.

Martın sonuna kimi seminarlar Aşqabadda və ölkənin bütün vilayətlərində keçiriləcək. 125-dən çox Türkmənistan mütəxəssisinə epidemiologiya və baytarlıq nəzarətinin təcrübəsi tədris ediləcək. Onlar, həmçinin bioloji təhlükə məsələlərini öyrənəcək və yüksək patogenli quş qripinin meydana gəlməsi hallarında görüləcək ətraflı işlər siyahısını əldə edəcəklər. "Türkmənmalları" Assosiasiyası ilə birgə Stop AI layihəsi rayonlarda və vilayətlərdə quş qripinin geniş vüsət alması təhlükəsinə qarşı təkrar seminarlar keçirir.

Hazırki layihə Amerika agentliyi tərəfindən kömək məqsədi ilə həyata keçirilən bir çox layihələrdən biridir. 1993-cü ildən etibarən USAID iqtisadi inkişafı, sosial sektoru və Türkmənistanda ictimai təşəbbüslərin həyat keçirilməsini dəstəkləmə proqramlarına 80 milyon dollar vəsait ayırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti