...

Azərbaycan bankı Texnikabank-ın məcmu kapitalı il ərzində təxminən yarıbayarı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

"TexnikaBank" ASC-nin aktivləri fevral ayı ərzində 3,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,2% artaraq, 2009-cu il martın 1-nə 444,2 mln. manat təşkil edib", - bankın bazar ertəsi yayılmış məlumatında deyilir.

Bankın məcmu kapitalı cari ilin fevral ayı ərzində 3,5%, son bir il ərzində isə 47,9% artaraq, hesabat dövrünün sonuna 56,9 mln. manat səviyyəsinə yüksəlib.

2009-cu il martın 1-nə bankın kredit portfelinin həcmi 337,4 mln. manat, o cümlədən müştərilərə təqdim edilmiş istehlak kreditlərinin həcmi 61,3 mln. manat olub. Hesabat ayının sonuna bankın depozit portfelinin həcmi 154,1 mln. manat, o cümlədən fiziki şəxslərin bankda yerləşdirilmiş əmanətlərinin həcmi 86,6 mln. manat təşkil edib.

Bankın xalis mənfəəti hesabat ayının sonuna 5,76 mln. manat həcmində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,2%, yanvar ayının sonuna olan göstərici ilə müqayisədə isə 44,5% artım deməkdir.

Hesabat dövrünün sonuna bankın aktivlərinin gəlirliyi (ROA) 1,32%, kapitalının gəlirliyi (ROE) isə 11,18% olub.

Bankın 41 237 ədəd plastik kartı emissiya edilib, respublika ərazisində 47 bankomatı və 332 POS-terminalı fəaliyyət göstərir.

1993-cü ildə təsis olunmuş "Texnikabank" ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan "Texnikabank" 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

Martın 16-na olan rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti