...

Azərbaycan Cənubi Qafqazda Litvanın əsas ticarət tərəfdaşıdır – xarici işlər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 14:09 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda Litvanın əsas ticarət tərəfdaşıdır – xarici işlər naziri

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir Ü.Sadıqova /

Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskas çərşənbə axşamı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə danışıqların yekununda bildirib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın əsas ticarət tərəfdaşıdır.

Uşatskas bildirib ki, Litva Azərbaycan ilə siyasi dialoqu genişləndirmək niyyətindədir və bu məqsədlə memorandum imzalanıb.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov ilə görüşdə Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı məsələləri müzakirə olunub.

Litvanın xarici işlər naziri bildirib ki, Litva Baltikyanı ölkə kimi, Azərbaycanın bu tərəfdaşlıqda iştirakında maraqlıdır və bu, hər iki ölkə üçün vacibdir.

"Şərq tərəfdaşlığı" qonşuluq siyasəti çərçivəsində Polşa-İsveç təşəbbüsüdür, Avropa İttifaqının (Aİ) keçmiş Sovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilib. Proqram Aİ-nin 20 mart tarixində keçirilən iclasında təsdiq edilib. "Şərq tərəfdaşlığı" proqramının təsis sammiti mayın 7-də keçiriləcək. Proqram Avropa İttifaqının altı qonşu ölkəsini əhatə etməlidir: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus. Aİ proqram çərçivəsində 2009-2013-cü illərdə bu ölkələrə 600 mln. avro ayıracaq.

"Biz iqtisadi, xüsusilə də, enerji sahəsində dialoqu dərinləşdirmək istəyirik. Çünki Azərbaycan enerji resurslarının tədarükü sahəsində nadir nümunədir", - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti