...

İyunda MDB və Baltikyanı ölkələrin altıncı istiqraz konqresi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend /

"Minskdə iyunun 18-dən 19-na kimi MDB və Baltikyanı ölkələrin "MDB və Baltiyanın istiqraz konqresi 2009" adlı VI konqresi keçiriləcək", - Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.

Cbonds İnformasiya Agentliyi tərəfindən keçirilən bu ənənəvi tədbir MDB-nin qiymətli borc kağızları bazarında ən mühüm hadisələrdən biridir. Konqresin keçirilməsi üçün hər il MDB və Baltikyanı ölkələrin maliyyə mərkəzlərindən biri seçilir.

Konfrans iştirakçılarının əsas auditoriyasını aparıcı bank, investisiya şirkətləri, Rusiya, Ukrayna, Qazaxıstan, MDB-nin digər dövlətlərinin, eləcə də Avropa ölkələri emitentlərinin nümayəndələri təşkil edir. 

Konfransda MDB istiqraz bazarının, sərmayə cazibəsi və risk problemlərinin müzakirəsi planlaşdırılır. Konqresin işi elə planlaşdırılıb ki, müxtəlif ölkələrdən olan istiqraz bazarının iştirakçıları bondların buraxılışı və yerləşdirilməsi sahəsində problem və təcrübələrini bölüşə bilsinlər. Konfrans çərçivəsində seksiya iclasları və tematik dəyirmi masalar təşkil ediləcək.

Konqres haqqında daha dolğun məlumatı konqresin rəsmi saytından əldə edə bilərsiniz:

http://www.cbonds.info/rus/bondcongress/cis-2009/

İştirakın şərtləri, reklam imkanları, məruzə proqramlarının formalaşdırılması və digər məlumatları Cbonds nümayəndələrindən əldə etmək olar:

http://www.cbonds.info/rus/about/index.phtml.

Xəbər lenti

Xəbər lenti