...

Azərbaycandan Latviyaya ixrac üçdə bir dəfə artıb – xarici işlər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Ü.İsmayılova / 

2008-ci ildə Azərbaycandan Latviyaya mal ixracı 30 faiz, Latviyadan Azərbaycana isə iki dəfə artıb. Bu barədə cümə günü Azərbaycan-Latviya biznes-forumunda bu ölkənin xarici işlər naziri Maris Riekstinş bildirib.

Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcmi nazirin bildirdiyinə görə,  200 mln. avro təşkil edib.

Riekstinşin sözlərinə görə, Latviya biznesmenləri Azərbaycanın turizm sahəsinə, bank sektoruna, qida sənayesinə, xüsusilə də çörək-bulka və süd məhsulları istehsalına maraq göstərirlər.

Nazir bildirib ki, hazırda tərəflər yeni biznes-layihələr axtarışındadırlar.

Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan tərəfindən iqtisadiyyatın müxtəlif sahələrindən 60-dan çox sahibkar, Latviya tərəfdən isə 20 şirkətin nümayəndələri iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti