...

Azərbaycan Vergilər Nazirliyi Baku Steel Company-də vergi yoxlamalarının aparılması barədə informasiyanı təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2009 10:53 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi Baku Steel Company-də vergi yoxlamalarının aparılması barədə informasiyanı təkzib edir

Azərbaycan, Bakı, 21 aprel / Trend /

Yerli elektron kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan Vergilər Nazirliyinin Baku Steel Company şirkətində vergi yoxlamaları aparmasına dair yayılan informasiyalar həqiqətəuyğun deyil. Bu barədə Trend -a Azərbaycan Vergilər Nazirliyinin mətbuat katibi Fariz Səmədov bildirib.

Onun sözlərinə görə, dünən şirkətdə vergi yoxlamalarının aparılması səbəbindən Baku Steel Company-nin fəaliyyətini dayandırmasına dair informasiya yayılıb.

"Mən rəsmi olaraq bəyan edirəm ki, Vergilər Nazirliyi hazırda Baku Steel Company şirkətində heç bir vergi yoxlamaları aparmır", - deyə mətbuat xidmətinin rəhbəri Səmədov bildirib.

Nazirlik nümayəndəsi xatırladır ki, əvvəllər bəzi elektron kütləvi informasiya vasitələri "hardasa guya vergi yoxlamalarının aparılması və bu səbəbdən bu və ya digər şirkətin fəaliyyətini dayadırmasına" dair dəfələrlə informasiya yayıblar. "Lakin əslində bu, düzgün mövqe deyil", - deyə Səmədov hesab edir.

Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi məqsədi ilə maliyyə intizamı və maliyyə hesabatlılığının yoxlanılması yoxlanılan hər-hansı bir strukturun gündəlik işinə mane olmadan aparılır.

"Orada vergi yoxlamaları aparılsa belə, bu, heç bir formada istehsal prosesinə təsir göstərməzdi",- deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmədov qeyd edib.

Nazirlik nümayəndəsi yerli kütləvi informasiya vasitələrini bu kimi informasiyaları yayan zaman, məlumatı rəsmi mənbələrlə detallı şəkildə dəqiqləşdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti