...

Azərbaycan Vergilər Nazirliyinin saytının yenilənməsi biznes-strukturlarla əməkdaşlığı genişləndirmək imkanı verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2009 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir N.İsmayılova /

"İnformasiya siyasəti Vergilər Nazirliyinin inkişaf yolunda prioritet istiqamətlərdən biridir və bu səbəbdən bizim interent səhifəmiz əhalini maarifləndirmək məqsədilə mütəmadi olaraq yenilənir", - vergilər nazirinin müavini Sahir Məmmədxanov bu gün saytın təqdimat mərasimində deyib. 

Onun sözlərinə əsasən, saytda aparılan dəyişikliklər nazirliyin biznes-strukturlarla əməkdaşlığını genişləndirmək imkanı verəcək. Saytın yenilənməsi naviqasiya sistemi və idarəetmə panelinin sadələşdirilməsinə səbəb olub.

Vergilər Nazirliyinin internet portalının inkişafı üç mərhələyə bölünür: birinci mərhələ 2002-2005-ci illəri, ikinci - 2005-2009-cu illəri əhatə edir və hazırki mərhələ - 2009-cu ildə nazirliyin saytına yeni bölmələr əlavə edilib.

Vergi ödəyicilərinə xidmət idarəsinin başçısı Elçin Məmmədov deyib ki, 2008-ci ildə sayta daxil olanların sayı 1 325,9 min nəfər olub. 2007-ci ildə bu göstərici 695,1 min, 2006-cı ildə isə 567,7 min olub. Onun sözlərinə əsasən, gələcəkdə "dial up" istifadəçiləri üçün saytın sadələşdirilmiş versiyası işlənməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti