Azərbaycan, Bakı, 02 may / Trend /
"Azərbaycan bankı Kapital Bank-ın plastik kartları 2009-cu il mayın 5-dən etibarən yeni prosessinq sisteminə miqrasiya edir", - bankın məlumatında deyilir.
"Kartların say çoxluğunu və ekvayrinq sisteminin miqyasını nəzərə alaraq, göstərilən zamanda miqrasiya prosesi bir neçə saat çəkəcək. Bununla əlaqədar olaraq plastik kartlarla əməliyyatlar mümkünsüz olacaq", - məlumatda deyilir.
Miqrasiyanın bitimində sistem normal rejimdə işləyəcək.
Kapital Bank-da prosessinq mərkəzinin yaradılması "Kompass" şirkəti tərəfindən aparılır.
Layihənin dəyəri 1,29 milyon avrodur. Onun realizəsi bankın öz vəsaitləri hesabına aparılacaq.
İlkin mərhələdə prosessinq Kapital Bank-ın kartlarına xidmət göstərilməsinə hesablanacaq. Ancaq gələcəkdə başqa bankların da girişinə icazə verilməsi nəzərdə tutulub.
Funksional nöqteyi-nəzərdən o, hazırda Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzlərinin imkanlarını iki dəfə üstələyəcək. [Ölkədə iki prosessinq mərkəzi fəaliyyət göstərir. Birincisi, təsisçisi Beynəlxalq Bank olan "Azericard"dır və Kapital Bank-a məhz burada xidmət göstərilir. İkincisi, "Millikart" - təsisçilər 18 kommersiya bankıdır].
Kapital Bank-ın prosessinq mərkəzinin buraxılış gücü 2,5 milyon kartdır və 550 bankomat, 200 informasiya köşkü və 5 min POS-terminala xidmət göstərəcək.
Hazırda bank iki milyon kart buraxıb.