...

Brokdil-Az ilk dəfə Azərbaycanda brokerlər renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2009 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend /

"2009-cu ilin aprelində qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərə görə brokerlər renkinqinə Brokdil-Az başçılıq edib. Brokdil-Az iki müştəriyə 39,9 milyon manat həcmində xidmət göstərib", - Bakı Fond Birjasının bu gün yaydığı məlumatda deyilir.

İkinci yeri üç müştəriyə ümumi olaraq 27,3 milyon manat həcmində xidmət göstərən broker Uni Capital tutub. Onlar Brokdil-Az-dan 12,6 milyon manat geri qalıblar. Göstərilmiş xidmətlərin həcminə görə üçüncü yeri 7,23 milyon manat təşkil edən xidmətlə Respublica Invest tutub. Brokerlər renkinqində birinciliyə iddialı məbləğ apreldə ötən ayla müqaysədə artıb. Belə ki, martda broker xidmətlərinə görə öndə gedən məbləğ 39,58 milyon manat təşkil edib.

2009-cu il apral ayı ərzində dövlət qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yer

Xidmətlərin həcminə görə əvvəlki yer

Brokerlərin adı

Sazişlərin sayı

Müştərilərin sayı

Broker xidmətlərinin cəmi (AZN)

1 (▲)

4

"Brokdil-Az" MMC

12

2

39,932,742.26

2 (-)

2

"Unicapital" ASC

14

3

27,288,548.98

3 (▲)

7

"Respublica Invest" MMC

3

2

7,228,985.44

4 (▲)

3

"Yapı Kredi Invest" MMC

3

1

5,418,967.02

5 (-)

5

"BoB Broker" MMC

6

1

4,738,511.54

6 (-)

6

"Texnica Capital Menejment" MMC

5

1

2,728,890.74

7 (▼)

8

"Chelsea Capital" MMC

3

2

1,948,424.74

8 (▼)

2

"Standard Capital" MMC

1

1

103,708.50

Mayın 06-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti