...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinin artma ehtimalına dair yayılan şayiələri təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2009 16:08 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi  çörəyin qiymətinin artma ehtimalına dair yayılan şayiələri təkzib edir

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda daha bir il müddətinə uzadılma ilə 2007-ci ildə tətbiq edilən buğda idxalına görə əlavə dəyər vergisinin (ƏDV) yenidən bərpa edilməsi çörəyin qiymətinin qalxmasına səbəb olmayacaq. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) cümə günü yayılan məlumatında bildirilir.

ƏDV ilkin olaraq 2007-ci ilin iyulunda ləğv edilmişdi. Bu, çörək istehsalçılarına buğdanın hər tonunu 50 dollar ucuz almasına imkan yaratmışdı.

Məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində idxal olunan buğdaya tətbiq edilən ƏDV-nin bərpa olunması ilə bağlı çörəyin qiymətinin artacağı barədə məlumatlar yayılır.

Strateji ərzaq məhsulu olduğunu nəzərə alaraq, çörəyin qiymətinə daimi nəzarət həyata keçirilir. İİN-nin müvafiq qurumlarının bu sahədə gündəlik keçirdikləri monitorinqlər çörəyin qiymətində hər hansı qiymət dəyişikliyinin olmadığını göstərir.

Bundan başqa, nazirlik taxıl idxalçıları və çörəkbişirmə müəssisələri ilə mütəmadi görüşlər keçirir və çörəyin qiymətinə təsir edə biləcək amillərlə bağlı müzakirələr aparır.

Sonuncu bu cür görüş mayın 2-də keçirilib və buğda idxalına ƏDV üzrə güzəştin ləğvinin çörəyin qiymətinin artmasına təsiri məsələsi geniş müzakirə olunub.  

Müzakirələrdə və aparılmış hesablamalar nəticəsində buğda idxalına tətbiq edilən ƏDV-nin bərpa olunmasının ölkədə istehsal edilən çörəyin maya dəyərinə və rentabelliyə təsirinin cüzi olduğu, nəticə olaraq pərakəndə satış qiymətinə təsiri üçün əsasın olmadığı qənaətinə gəlinib.

Çörəkbişirmə müəssisələrinin kifayət qədər rentabelli işləməsini və bu il Azərbaycanda əvvəlki illərlə müqayisədə daha çox taxıl istehsal olunacağının gözlənildiyini də nəzərə alsaq, hazırda çörəyin qiymətinin artırılması üçün ciddi əsasın olmadığını tam əminliklə söyləmək mümkündür.

Dünən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, 2008-ci ildə buğda əkini sahələrinin 800 hektar genişləndirilməsi nəticəsində, bu il buğda istehsalının 2,1 mln. tonadək artacağı gözlənilir ki, bu da rekord göstəricidir.

"Bu halda qiymətlərin qalxması və ya defisiti barədə danışmaq əsassızdır", - deyə nazir qeyd edib.

Azərbaycanın ərzaq taxılına illik tələbatı 1,5 mln. ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti