...

Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin ən yaxşı iştirakçısı müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend / 

"Rusiyanın Azərbaycandakı səfirliyi və RF-nin Bakıdakı ticarət nümayəndəliyi Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası ilə birgə Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin müxtəlif nominasiyalarında 2008-ci ilin yekunlarına əsasən, ən yaxşı iştirakçısını təyin etmək üçün "Tərəqqi" müsabiqəsini elan edib", - palatanın məlumatında deyilir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması müsabiqənin yekununu bildirən mərasimdə həyata keçiriləcək.

Müsabiqə qalibləri və nominantlarının əldə edəcəyi mükafatlar bunlardır: müsabiqənin qalibi və yaxud iştirakçısı üçün nəzərdə tutulan sertifikat, müsabiqənin nominantı sertifikatı və təşkilatçılarla sponsorlar tərəfindən təqdim ediləcək qiymətli və həvəsləndirici hədiyyələr. Bununla yanaşı, müsabiqəyə informasiya dəstəyi verən təşkilatlar tərəfindən müsabiqənin qalibi, iştirakçıları və finalçıları barədə məlumat yerləşdiriləcək.

"Tərəqqi" Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrində yüksək nailiyyətlərə görə hüquqi və fiziki şəxsləri təltif edən hər il keçirilən müsabiqədir.

Xəbər lenti

Xəbər lenti