Azərbaycan, Bakı, 23 may / Trend /
Bakı metropoliteni yol xidmətləri üçün əsas vasitələrin alınması üzrə tender elan edib. Bu barədə "Respublika" qəzetində dərc olunan məlumatda bildirilir.
Tender dörd lot üzrə keçirilir: relslərin cilalanması üçün dəzgah, elektrik vintvermə dəzgahı, üfiqi frezerləmə dəzgahı, həmçinin relslərin deşilməsi üzrə dəzgahın alınması.
Tenderdə iştirak etmək istəyənlər Bakı metropoliteninə iştirak barədə ərizə təqdim etməlidirlər, tender paketi və digər sənədləri 25 iyun saat 17:00-dək almaq olar. Tender təkliflərinin qiymətləndirilməsi 5 iyul saat 14:00-da baş tutacaq.