Azərbaycan, Bakı, 25 may / Trend , N.İsmayılova /
İyunda Latviya Kommersiya Bankları Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat mübadiləsini davam etdirəcəklər və növbəti nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər, bazar ertəsi Latviya assosiasiyasının nümayəndəsi, Azərbaycanda Parex Bank nüməyəndəliyinin rəhbəri Andreys Krivans bildirib.
"Görüşdə assosiasiyalar arasında təcrübə mübadiləsi, o cümlədən Latviya Kommersiya Bankları Assosiasiyası nəzdində fəaliyyət göstərən təhsil mərkəzində Azərbaycan banklarının heyətlərinin təhsil alması məsələsinin müzakirəsinin davam etdirilməsi diqqət mərkəzində olacaq", - Krivans bildirib.
Onun sözlərinə görə, Latviya bank assosiasiyası Azərbaycan banklarına təhsil kursu və proqramları təqdim edəcək.
"İyulda Latviya Prezidenti Vildis Zatlerisin Azərbaycana səfəri gözlənilir, bu səbəbdən mən fikirləşirəm ki, bu, bank assosiasiyaları arasında danışıqlarımızı daha da fəallaşdıracaq", - Krivans bildirib.
Məqalə müəllifi ilə əlaqə: [email protected]