Gürcüstan, Tbilisi, 27 may / Trend , müx. N.Kirsxalia /
Gürcüstan dəmir yolu ilə hərəkət tamamilə bərpa edilib, Trend -a MMC "Gürcüstan dəmir yolu"-nun rəhbəri İrakli Ezuqbay bildirib.
Onun sözlərinə görə, dəmir yolunun radikal müxalifət tərəfindən blokadasının axşam saat 3-də bitməsinə baxmayaraq, qatarların hərəkətini dərhal bərpa etmək mümkün olmayıb. Buna səbəb aksiya iştirakçılarının dəmir yolunda qoyduqları daşlar olub. Xüsusi dəstələr dəmir yolunu təmizləyiblər.
300-ə yaxın müxalifət tərəfdarı dünən 22:30-da mərkəzi Tbilisi dəmir yolu vağzalında hərəkəti dayandırıb. Nəticədə Tbilisi-Batumi sərnişin qatarının reysinin həyata keçirilməsi dayandırılıb. Sonra onlar vağzalı tərk etməyə və aksiyanı dayandırmağa qərar veriblər.
Ezuqbay ümid edib ki, bu gün dəmir yolu fasiləsiz işləyəcək.
Məqalə müəllifi ilə əlaqə: [email protected]