Azərbaycan, Bakı, 29 may / Trend , müxbir V.Javoronkova /
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gəncləri ölkə iqtisadiyyatının möhkəmləndirilməsində daha fəal iştirak etməyə çağırıb.
"Dövlətin gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməsi və onların işlə təmin edilməsidir", - deyə Rəhimov "Tələbələr azad sahibkarlıqda beynəlxalq tələbə proqramının açılış mərasimində bildirib.
Nazirin sözlərinə görə, ötən il işə qəbul üzrə müəssisələrə təqribən 20 min gənc insan müraciət edib, onlardan 14 mini işlə təmin edilib.
"Cari ilin əvvəlindən işə qəbul üzrə müəssisələrə 4 min gənc insan müraciət edib ki, onların da yarısı işlə təmin olnub", - deyə Rəhimov bildirib.
14-29 yaş hədində olan gənclər Azərbaycan əhalisinin 60 faizini təşkil edir.