...

Azərbaycanın fond birjasında il ərzində bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

"2009-cu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 331,146 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünün göstəricisindən 32,48% aşağıdır", - birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Ümumi əqdlərin 93,45%-i Dövlət Qiymətli Kağızlarının payına düşüb.

Azalma əsasən DQK bazarına toxunub, belə ki, notların ilkin və təkrar bazarında müvafiq olaraq 75,98% və 70,37% azalma müşahidə olunub. Həmçinin repo əməliyyatları 28,09% azalıb, ümumilikdə isə DQK bazarı 35,71% azalıb.

Korporativ istiqrazların ilkin bazarında əməliyyatların 99,08% azalmasına baxmayaraq, ümumilikdə DQK bazarı 2,37 dəfə artıb. Bu sahədən korporativ istiqrazların təkrar bazarı 3,5 dəfədən çox artıb.

Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb - bu sektorda əməliyyatların həcmi 284 dəfə olub. Səhmlərin ilkin bazarının həcmi isə 2 dəfədən çox artıb.

Həmçinin birja fəallığının artımı Dİ ilkin və təkrar bazarında hiss olunur, hansı ki, müvafiq olaraq 1,68 və 9,16 dəfə olub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli

(yanvar-may 2009)

Bazarın seqmentləri

2009 (31.05.09)

2008 (31.05.08)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) - (yerləşdirmə)

198,338,388.80

102

117,904,357.68

84

168.22%

Dİ (AR MN) -

(təkrar bazar)

135,498,543.04

70

14,786,209.52

19

916.38%

Notlar (AR MB) - (yerləşdirmə)

201,885,564.12

117

840,617,778.08

314

24.02%

Notlar (AR MB) -

(təkrar bazar)

65,785,072.32

37

222,056,611.64

167

29.63%

Repo əməliyyatları

1,576,890,201.65

336

2,192,794,575.42

702

71.91%

DQK bazarı cəmi

2,178,397,769.93

662

3,388,159,532.34

1,286

64.29%

Korporativ istiqrazlar - (yerləşdirmə)

97,500.00

7

10,600,616.50

22

0.92%

Korporativ istiqrazlar - (təkrar bazar)

26,373,684.40

16

7,518,550.77

41

350.78%

Səhmlər - (yerləşdirmə)

97,037,498.60

230

46,032,916.83

74

210.80%

Səhmlər - (təkrar bazar)

29,239,819.60

1,260

102,839.00

198

28432.62%

KQK bazarı cəmi

152,748,502.60

1,513

64,254,923.10

335

237.72%

Cəmi

2,331,146,272.53

2,175

3,452,414,455.44

1,621

67.52%

İyunun 01-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti