...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2009 13:48 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir N.İsmayılova/ 

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd bahalaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80382 manat səviyyəsində müəyyən olunub. 

Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 9 və 11-də 1 ABŞ dolları üçün 0,8039 manat, minimum isə 1 ABŞ dollarına iyunun 10-da 0,8037 manat müəyyən olunub. 

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi 
16 fevral 0,8062 23 fevral 0,8052
17 fevral 0,8063 24 fevral 0,8053 
18 fevral 0,8063 25 fevral 0,8048
19 fevral 0,8062 26 fevral 0,8052
20 fevral 0,8062 27 fevral 0,8052 
Həftə ərzində orta 0,80624 Həftə ərzində 
orta 0,80514

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0017 bənd (0,17 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80244 manat səviyyədə müəyyən olunub. 

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 8 iyun - sövdələşmə 0,8024 AZN/USD məzənnəsi ilə $0,5 mln., 9 iyun - 0,8040 AZN/USD məzənnə ilə $15,1 mln., 10 iyun - 0,8037 AZN/USD məzənnəsi ilə $1,23 mln., 11 iyun - 0,8041 AZN/USD məzənnəsi ilə $5,25 mln., 12 iyun - 0,8041 AZN/USD məzənnəsi ilə $0,82 mln. 

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  
16 fevral 0,8062 23 fevral 0,8052
17 fevral 0,8063 24 fevral 0,8053
18 fevral 0,8063 25 fevral 0,8048
19 fevral 0,8062 26 fevral 0,8048
20 fevral 0,8062 27 fevral 0,8052
Həftə ərzində orta 0,80624 Həftə ərzində orta 0,80498

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb. 

Bütün həftə ərzində onlar sabit qalıb: alış 10 manat, satış 11 manat. Qiymtələrin belə enişi (2009-cu ilin əvvəlində satış manatı da keçirdi) dövlət əmlakının özəlləşdirmə tempinin azalması ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]  

Xəbər lenti

Xəbər lenti