...

Azərbaycanda turizm şirkətlərinin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend capital, müxbir N.İsmayılova /

Azərbaycanda iki yeni turizm şirkəti qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytının  "vahid pəncərə" bölməsində bildirilir.

"Prestige Travel" MMC turizm şirkəti iyunun 1-də 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Şirkətin rəsmi nümayəndəsi Belarus vətəndaşı Aqil Əskərovdur. Şirkət  Aqil və Roza Əskərovlar tərəfindən təsis edilib.

Digər turizm şirkəti "Al travel" MMC iyunun 4-də qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 100 manat dəyərində müəyyən olunub. Şirkətin rəsmi nümayəndəsi və təsisçisi Aydın Bağırlıdır.

Azərbaycanda 250-dən çox turizm şirkəti fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti