...

Azərbaycanda bələdiyyə torpaqlarının satışı üzrə 60 hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda iyulun 1-nə qədər bələdiyyə torpaqlarının satışı üzrə 60 aksiya və müsabiqə keçirilib. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Dövlət Komitəsindən bildirilib ki, Abşeronda 13, Ağcabədi və Tovuzda 7, Cəlilabad və Salyanda 5, Bərdə, Xaçmaz və Goranboyda 4, Xırdalan, Sabirabad, Siyəzən və Masallıda 2, Mingəçevir, Zaqatala və Qaxda bir hərrac keçirilib.   

Komitədəki mənbənin məlumatına görə, hərracda satılmış torpaqların əsas hissəsi sahibkarlıq fəaliyyəti və şəxsi evlərin tikilməsi üçün istifadə olunacaq.

Azərbaycanda ilk iki hərrac bu ilin martında Abşeron rayonunda keçirilib.

Azərbaycan Prezidentinin 10 dekabr 2008-ci il tarixli fərmanına əsasən, yerli özünüidarəetmə orqanlarına məxsus torpaqlar yalnız hərrac vasitəsilə satılır və onların satışı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətindədir. Əvvəllər bu səlahiyyət bələdiyyələrə məxsus idi.

Mülki və torpaq qanunvericiliyinə uyğun olaraq, hərracda, yaxud müsabiqədə qalib gələn hüquqi və ya fiziki şəxslər 20 gündən gec olmayaraq Dövlət Komitəsinin yerli idarələri ilə bələdiyyə torpaqları barəsində müqavilə imzalamalıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti