...

Societe Generale Azərbaycanın bank bazarına 2010-cu ildən tez daxil olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ.Xəlilova /

Fransanın korporativ və səhmdar bankı Societe Generale Azərbaycanın bank bazarına qoşulmaq planından imtina etməyib. Lakin 2010-cu ilə qədər bu istiqamətdə fəal iş gözlənilmir. Bu barədə cümə axşamı bankın Azərbaycandakı regional nümayəndəsi Teybə Quliyeva məlumat verib.

"Bankın Azərbaycana marağı böyükdür. Lakin bütün maliyyə strukturlarına böyük miqdarda ziyan vuran dünya maliyyə böhranı onları öz startegiyalarına, kapital qoyuluşu üzrə planlarına yenidən baxmağa məcbur edib. 2009-cu ildə banklar yenidəntəşkilatlanma və struktursuzlaşdırmaya çalışacaqlar. Buna görə də, 2010-cu ilə qədər bu istiqamətdə fəal iş gözlənilmir", - Quliyeva deyib.   

Onun fikrincə, 2009-cu ildə banklar əvvəlcə "öz doğma bazarlarında toplanıb, hazırkı vəziyyətə görə öz strategiyalarına yenidən baxmaq və uyğunlaşmaq" niyyətindədirlər. "Bununla belə Azərbaycana, o cümlədən ölkənin bank bazarına daxil olmağa maraq böyük olaraq qalır", - Quliyeva bildirib.

Societe Generale bank kimi Azərbaycan bazarında iştirakın müxtəlif variantlarıni nəzərdən keçirir. Nümayəndənin sözlərinə görə, Fransa bankı Azərbaycanda bazasında riteyl əməliyyatlarını gücləndirməyə imkan verəcək bank açmağı və ya almağı planlaşdırıb.

Societe Generale-ın strategiyasına əsasən, o, artıq fəaliyyət göstərən banklara daxil olan zaman nəzarət səhm paketinə iddia edir. Bank bu prinsipi bütün dünya üzrə qoruyur. Societe Generale-ın MDB-də daha çox rus bazarında iştirakı qeydə alınıb. Son sövdələşmə RosBank-da baş tutub. Orada fransız bankı üç mərhələdən sonra 51 faizlik səhm paketini alıb. Zaqafqaziyada ilk saziş Gürcüstan bankı Republic Bank ilə bağlanıb. Societe Generale burada 70 faizlik iştirak əldə edib.

Bankın bu gün Azərbaycan üzrə daha böyük əməliyyatlar həyata keçirməsinə baxmayaraq, daxilolma üzrə ilk addım Gürcüstanın bank bazarına tərəf atılıb. Çünki bu ölkədəki prosedurlar daha asandır və sövdələşmə daha asan başa gəlib.

Trend -ın daha əvvəl Azərbaycan Mərkəzi Bankındakı mənbəyə istinadən bildirdiyi kimi, dünya böhranına qədər Societe Generale Azərbaycanda törəmə bank və ya filial açmağı nəzərdən keçirib. Baxmayaraq ki, bank Azərbaycan bankında hissə almaq imkanlarını da nəzərdən keçirib, lakin tərəfdaş axtarışında çətinliklər meydana çıxıb. Azərbaycan banklarının çoxu nəzarət iştirakının satışına razı deyil.

Azərbaycanın bank qanunvericiliyinə görə, 100 faizli "törəmə təşkilat"ın və ya filialın yaradılması üçün tələblər eynidir. Onların fəaliyyəti yerli qanunvericiliklə tənzimlənə bilər və hər iki halda 10 milyon manat kapitalın formalaşdırılması mütləqdir.

Bu gün Azərbaycanda Societe Generale-ın nümayəndəliyi fəaliyyət göstərir ki, onun da iştirakı ilə bank dövlət və özəl sektorda layihələri nəzərdən keçirir.

Societe Generale Azərbaycanda fəaliyyətini 1998-ci ildən Azərbaycan, Gücüstan və Türkmənistanı əhatə edən regional nümayəndəliyi vasitəsilə həyata keçirir.

İyulun 09-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti