...

İyul ayı ərzində Azərbaycanda artıq 50 ipoteka krediti verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2009 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir N. İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) iyulun 10 günü ərzində 50 ipoteka krediti verib. Bu barədə şənbə günü İpoteka Fondundan bildiriblər.

"Maliyyələşdirmənin ümumi həcmi təxminən 3,5 milyon manat təşkil edir" - məlumatda deyilir.

İyunun 1-dən 70 nəfərdən çox adam ipoteka krediti alıb.

Bu gün 900 şəxs ipoteka krediti almaq üçün AİF-ə müraciət edib. Daxil olan müraciətlər üzrə ümumi kredit məbləği təxminən 40 milyon manatdır.

"Baxmayaraq ki, güzəştli ipoteka kreditlərinin bərpasından bir aydan az vaxt keçib, artıq 100 nəfərdən çox adam bu növ kredit almaq üçün müraciət edib. Müraciətlərin ümumi həcmi 3 milyon manatı ötüb", - məlumatda deyilir.

İpoteka Fondu Azərbaycanda ipoteka kreditlərinin verilməsinə başlanılmasının ilk ayında yüksək dinamiklik qeyd edir. Çünki 2006-cı ilin martında AİF cəmi 4 ipoteka krediti vermişdi.

Azərbaycanda adi ipoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Adi ipoteka kreditləri 8 faizlə, 25 il müddətinə verilir. Sosial İpotekanın maksimal məbləği 35 min manatdır və illik 4 faizlə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəmə 15 faizdir.

İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir, ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər, ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir, kredit üzrə aylıq ödəmə borc götürənin aylıq gəlirinin 70 faizini keçməməlidir, həyat və s. sığortalar üzrə müqavlə olmalıdır.  

Güzəştli şərtlərlə kredit şəhid ailələrinin üzvlərinə, milli qəhrəmanların ailə üzvlərinə, məcburi köçkünlərə, 3 ildən çox stajı olan dövlət qulluqçularına, elmləri namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xidməti olan şəxslərə, eləcə də minimum xidmət müddəti üç il olan hərbçilərə verilir.    

Hər ailənin bir dəfə güzəştli ipoteka krediti almaq hüququ var.

Fondun kredit səlahiyyətli təşkilatları 17 bankdır. 2009-cu il üçün dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 milyon manat nəzərdə tutulub.

2005-2009-cu illərdə AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manat ayrılması nəzərdə tutulub. Banklar vasitəsilə bunun 73 milyon manatdan çoxu verilib. Bundan əlavə, Fond bazara hər birinin nominal dəyəri 1000 manat olan 55 min istiqraz buraxıb. Emisiya məbləğinin həcmi 55 milyon manat təşkil edir ki, bunun da 15 milyon manatı artıq paylanılıb (14 iyulda daha beş milyon manatın paylanacağı gözlənilir).    

Verilmiş emissiyanın tam paylanması təxminən 1100 ipoteka kreditinin verilməsinə imkan yaradacaq.  

İyulun 11-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti