...

Azərbaycan-Türkiyə sığorta şirkəti avtomatik idarəretmə sisteminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü.İsmayılova /  

Azərbaycan-Türkiyə birgə sığorta şirkəti Başak İnam avtomatik idarəetmə sisteminə keçir, bu barədə bazar ertəsi şirkətin idarəetmə heyətinin sədri Orxan Hüseynov bildirib.  

"Yeni proqram təchizatının tam tətbiqi yaxın bir neçə ayda tamamlanacaq", - Hüseynov bildirib.

Onun sözlərinə əsasən, yeni avtomatlaşdırılmış proqram kənbar müdaxilə olmadan sığorta müqaviləsinin bağlanması zamanı atılan hər bir addımı izləməyə imkan yaradır.

Yeni proqramın tətbiqindən sonra Başak İnam şirkətinin əməkdaşlarının sayı iki dəfəyə kimi azalacaq, Hüseynov bildirib. Hazırda şirkətdə 45 nəfər fəaliyyət göstərir. 

Onun sözlərinə əsasən, bu dövr ərzində proqramın tətbiqi üzərində çalışan əməkdaşların işdən çıxarılması təbiidir və bu ixtisar deyil.

"Proqram təchizatı üzərində çalışan bəzi əməkdaşlar satış şöbəsinə keçiriləcək, bu işi bacarmayanlar isə işdən çıxarılacaq", - deyə Hüseynov bildirib.

Başak İnam şirkətinin səhmdarları 49 faiz səhmlərə sahib olan Türkiyənin Başak şirkətinin təsisçisinin 60 faiz səhmlərini əldə edən Fransanın Groupama şirkətidir. Azərbaycan tərəfi şirkətdə 51 faiz səhmə sahibdir. Başak-İnam birgə sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir və sığortanın 31 növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti