...

Azərbaycanın böyük banklarından biri suveren avrobondların buraxılmasına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycan Beynəlxalq Bankı qlobal maliyyə böhranının təsiri ilə əlaqədar olaraq avrobondların buraxılmasını yenidən nəzərdən keçirir, bu barədə çərşənbə axşamı bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

"Hazırda avrobondların buraxılması üçün dünyada elə də münasib vaxt deyil", - deyə Hacıyev bildirib.

Onun sözlərinə əsasən, hazırda dünyanın bir çox ölkələrindəki kimi suveren avrobondların buraxılmasına hazırlaşmaq daha doğru olardı.  

"Banklar, xüsusilə ABB tərəfindən suveren avrobondların buraxılması əlavə qiymətləndirilmənin keçirilməsini nəzərdə tutur", - deyə Hacıyev bildirib.

ABB 2009-cu ildə 200 milyon dollar həcmində avrobondların debut buraxılışını həyata keçirəcək, bu barədə əvvəlcədən bankın İdarə Heyətinin sədri Vaqif Əkbərov bildirib.

Maliyyə Nazirliyi ilə razılaşmaya əsasən, hökumət adından səhmlərin 50,2 faizinin sahibi ABB beynəlxalq kapital bazarında öz istiqrazlarını suveren istiqrazlar ilə qarşılıqlı əlaqədə yerləşdirməyə hazırdır. ABB yarıdövlət bankı olduğu üçün Azərbaycan üzrə "Bench Market"in qeyd edilməsi üçün istiqrazlarının debut buraxılışını Maliyyə Nazirliyinin həyata keçirməsi vacibdir.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:   [email protected]

Xəbər lenti

Xəbər lenti