...

Azərbaycan sığortaçıları sığortanın yeni növlərini inkişaf etdirməlidirlər - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , Ü.ismayılova, İ.Xəlilova /

Az Sigorta-nın İdarə Heyəti sədrinin müavini Xəyal Məmmədxanlı hesab edir ki, bank əməliyyatlarının sığortalanması ilə əlaqədar olaraq qlobal maliyyə böhranının təsirini digərlərindən daha çox hiss edən Azərbaycan sığortaçıları daha iki-üç il çətinlik yaşayacaqlar.

"Bu problemlərin uzunmüddətliliyi əsasən bank əməliyyatlarını sığortalayan şirkətlərin beş il müddətinə müqavilə bağlaması ilə əlaqədardır", - deyə Məmmədxanlı bildirib.

Onun sözlərinə əsasən, əgər bank kreditlərinin sığortalanması üzrə müqavilə ötən il imzalanıbsa, güman edilir ki, sığorta halları üç il ərzində də baş verə bilər, lakin şirkət əlavə gəlir əldə etmir.

Məmmədxanlı hesab edir ki, Azərbaycanda bank sığortalaması hesabına öz fəaliyyətini cəmi beş-altı bank inkişaf etdirib.

Onun sözlərinə əsasən, onların vəziyyəti bank kredtiləşməsi bərpa olunduqdan sonra yaxşılaşa bilər.

"Bu şirkətlər üçün daha bir çıxış yolu sığortanın digər növlərinin inkişafı ola bilər", - deyə Məmmədxanlı bildirib.

Azərbaycanda 2008-ci ilin ikinci yarısından etibarən bir çox yerli bank istehlak kreditlərinin, eyni zamanda avtomobil alışı üzrə kreditlərin verilməsini ya dayandırıb, ya da məhdudlaşdırıb. Bazardakı bir çox sığortaçılar yalnız KASKO hesabına öz bizneslərini inkişaf etdirib və portfelini artırıb. Məhz bu şirkətlər portfelin və gəlirin əhəmiyyətli dərəcədə azalması ilə üzləşib.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Birinci yarımilin yekunlarına əsasən, sığortaçılar 79,89 milyon manat məbləğində haqq toplayıb, onların ödənişləri isə 24,65 milyon manat təşkil edib.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı ilin noyabr ayının 22-dən etibarən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Az Sigorta üçü icbari olmaqla, 28 növ sığorta xidməti göstərir. İlin birinci yarısının nəticələrinə görə, şirkətin haqqları 5,56 milyon manat, ödəmələri 1,95 milyon manat təşkil edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti